“Sədərək"də zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıblar

“Sədərək"də zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıblar
# 17 iyul 2019 17:41 (UTC +04:00)

“Sədərək" Ticarət Mərkəzində, "Meyvəli" bazarında zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzə gətirilən 5 xəstə izahat yazaraq evə buraxılıblar.

Bu barədə APA-ya Kliniki Tibbi Mərkəzinin Mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülnarə Babayeva deyib. O bildirib ki, səhər saat 11-dən günorta 13:30-dək 5 satıcı Klinik Tibbi Mərkəzə qəbul olunub: "Xəstələrin dediklərinə görə, səhər saat 9-da səyyar satıcı tərəfindən satılan lavaşda soyutma yumurta qəbul ediblər. Bəzilərində 30 dəqiqədən sonra, bəzilərində isə 1-2 saatdan sonra mədə bulanması, qusma, baş ağrısı, mədədə ağrılar və ishal əmələ gəlib. Saat 11 radələrində 3 nəfər, 12:30-da 1 nəfər, 13:30-da isə daha bir nəfər mərkəzə qəbul olunub”.

G.Babayeva əlavə edib ki, onlar özlərini yaxşı hiss etdiklərinə görə izahat yazaraq, evə buraxılıblar.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR