Dövlət Komitəsi evdar qadınlara pul verilməsi məsələsini qaldırıb

Dövlət Komitəsi evdar qadınlara pul verilməsi məsələsini qaldırıb
  • Clock-gray 11:46
  • calendar-gray 22 Noyabr 2019

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova uşaqpulu məsələsinə münasibət bildirib.
 
APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Hicran Hüseynova deyib ki, son 2 ildə dövlət başçısının təşəbbüsü ilə sosial məsələlərə böyük vəsait ayrılıb.

Dövlət Komitəsinin sədri qeyd edib ki, hələ də bir çox qadınlar işləmir: “Bir çox ölkələr evdar qadınların əməyini daha yüksək qiymətləndirmək üçün xüsusi vəsait ayırır. Biz hazırda bu məsələni qaldırmışıq. Yəni, uşaqları böyüdən qadınlara dəstək verilsə, bu, ailəyə də dəstək olar. Biz hazırda bu istiqamətdə çalışırıq”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date