Əfv sərəncamı 6 və 9 saylı cəzaçəkmə müəssisələrində icra olunub

Əfv sərəncamı 6 və 9 saylı cəzaçəkmə müəssisələrində icra olunub
# 19 mart 2021 10:44 (UTC +04:00)

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 6 və 9 saylı cəzaçəkmə müəssisələrində icra olunub.

APA xəbər verir ki, 6 saylı cəzaçəkmə müəssisində sərəncam 40 nəfərə şamil edilib, onlardan 26 nəfəri azadlığa buraxılıb, 14 nəfərin isə cəzası azaldılıb.

9 saylı müəssisədə sərəncam şamil edilən 8 nəfərdən 5-i azadlığa buraxılıb, 3 nəfərin isə cəzası azaldılıb.

Sərəncamın icrası Ombudsman Aparatının nümayəndələri, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR