Heydər Əliyev Fondu tərəfindən Kürdəxanıda 960 şagird yerlik yeni məktəb binası tikiləcək

Heydər Əliyev Fondu tərəfindən Kürdəxanıda 960 şagird yerlik yeni məktəb binası tikiləcək
# 15 oktyabr 2019 12:46 (UTC +04:00)

"Bakıda 6 təhsil müəssisəsində əsaslı təmir işləri, 3 məktəbin mövcud binalarının sökülərək yenidən tikintisi, 5 məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi aparılır".

APA-nın məlumatına görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 1 təhsil müəssisəsində yaranmış şagird sıxlığını aradan qaldırmaq məqsədilə əlavə korpus inşa olunur: "Ehtiyac olan ərazidə daha bir yeni məktəbin (161 nömrəli tam orta məktəb) tikintisi başa çatdırılıb. Həmçinin Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən şagird sıxlığının aradan qaldırılması məqsədilə Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulur".

R. Tağıyev eyni zamanda dərsliklərlə təminat məsələsinə də toxunub. O bildirib ki, yeni dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı təhsil müəssisələri dərsliklərlə tam təmin olunub: "Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri üçün 1 296 895 ədəd dərslik, 64 006 ədəd müəllim üçün metodiki vəsait, Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri üçün isə 96 689 ədəd dərslik, 4961 ədəd müəllim üçün metodiki vəsait təhvil alınaraq yerlərə çatdırılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR