Nazir müavini: “Payız mövsümündə 1000 hektar ərazidə meşə salınacaq”

Nazir müavini: “Payız mövsümündə 1000 hektar ərazidə meşə salınacaq”
# 14 noyabr 2019 12:54 (UTC +04:00)

"Son 10 il ərzində “Caspian Ecology” - Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində 500-dən artıq şirkət iştirak edib".

APA xəbər verir ki, bunu “Caspian Ecology” - Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. O bildirib ki, ekologiyanın bu və digər problemlərinin həll edilməsi istiqamətində ayrı-ayrı şirkətlər sərgidə qabaqcıl texnologiyaları nümayiş etdirirlər: "Builki sərgidə Azərbaycan da daxil olmaqla 10 ölkədən şirkətlər iştirak edir. Həmçinin 15 şirkət ilk dəfədir ki, buradadır. Sərgidə Böyük Britaniya, Fransa, İtaliya, Almaniya,Türkiyə, Rusiya və digər ölkələrdən şirkətlər iştirak edirlər. Bizim üçün prioritet sahələrdən biri də atmosfer havasının mühafizəsidir. Azərbaycanda su ehtiyatları az olduğuna görə, işlənmiş suların təkrar istifadəyə verilməsi ilə bağlı texnologiyalar tətbiq olunur. Digər prioritet məsələlərdən biri isə Xəzərin mühafizəsində önəmli rol oynayan çirkab suların təmizlənib dənizə axıdılmasıdır. Bununla bağlı qabaqcıl şirkətlər müasir texnologiyaları nümayiş etdirdilər".

Nazir müavini qeyd edib ki, ilk dəfə olaraq "Nəsimi ili" çərçivəsində bir gündə əkiləcək 650 min ağacın yerləşdiyi ərazilərin xəritələnməsi həyata keçirilib: "Monitorinq qrupları xəritə vasitəsilə həmin ərazilərə baxış keçirəcəklər. Bundan başqa, payız mövsümü ərzində 1000 hektar ərazidə meşə salınacaq. Həmçinin payız əkin mövsümündə yayda meşə yanğınları olan əraziləri bərpa etməyi nəzərdə tutmusuq. Burada çəpərlər çəkiləcək, meşələrdəki toxumlardan yanmış və yenidən bərpa olunmuş ərazilərə səpiləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR