AMEA-da "Elm TV İnternet televiziyası" şöbəsi yaradılıb

AMEA-da "Elm TV İnternet televiziyası" şöbəsi yaradılıb
# 03 mart 2016 07:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin tərkibində "Elm TV İnternet televiziyası" şöbəsi yaradılıb. AMEA-dan APA-ya verilən xəbərə görə, bu barədə Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

"Elm TV İnternet televiziyası" şöbəsinin fəaliyyətinə texnoloji dəstək verilməsini təmin etmək AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevə tapşırılıb.

Yeni şöbənin müdiri vəzifəsinə isə Xatirə Cabbarzadə təyin edilib.

Qeyd edək ki, Elm TV İnternet televiziyası İnformasiya Texnologiyaları İnstitutu tərəfindən formalaşdırılıb. Elm TV İnternet televiziyası artıq bir neçə ildir ki, AMEA-nın müxtəlif qurumları tərəfindən keçirilən mühüm elmi tədbirlər haqqında videomaterialların hazırlanması, birbaşa yayımının həyata keçirilməsi, həmçinin dünya elminin nailiyyətləri ilə bağlı videoçarxların çəkilişi sahəsində uğurla fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR