İsveçin məşhur ABBA qrupu 40 ildən sonra albom buraxıb.
APA-nın məlumatına görə, bu barədə qrupun rəsmi internet səhifəsində deyilir.
Məlumata görə, "Voyage" adlı yeni albom cümə günü təqdim olunub.
"ABBA yeni "Voyage" albomu ilə geri dönür", - qrupun internet saytında bildirilir.
Qeyd olunur ki, albom artıq musiqi internet xidmətlərində, həmçinin CD və audiokassetlərdə dinləmək üçün əlçatandır.