Alek Bolduin kinooperator Qalina Hatçinsi qəsdən öldürməkdə ittiham olunur

Alek Bolduin kinooperator Qalina Hatçinsi qəsdən öldürməkdə ittiham olunur
# 19 yanvar 2023 21:41 (UTC +04:00)

Amerikalı aktyor Alek Bolduin film çəkilişi zamanı tapança ilə kinooperator Qalina Hatçinsi qəsdən öldürməkdə ittiham olunur.

APA NBC telekanalına istinadən xəbər verir ki, bu barədə Nyu-Meksiko ştatının birinci məhkəmə dairəsinin prokuroru Meri Karmak bildirib.

Məlumata əsasən, əldə olunan sübutlar və Nyu-Meksiko ştatının qanunları hərtərəfli nəzərdən keçirilib.

Nəticədə Alek Bolduin və "Rust" filminin çəkiliş qrupunun digər üzvlərinə qarşı cinayət işi başlamaq üçün kifayət qədər dəlil olduğu ortaya çıxıb.

Qeyd edək ki, 2021-ci ilin 21 oktyabrında Bolduin Nyu-Meksikoda "Rust" filminin çəkilişləri zamanı atəş açaraq kinematoqraf Qalina Hatçinsi öldürüb.

Hadisəni törədən aktyor özü könüllü surətdə polisə təslim olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR