“Oskar” mərasimində ilin ən yaxşı filmi bəlli olub - YENİLƏNİB-3

“Oskar” mərasimində ilin ən yaxşı filmi bəlli olub - YENİLƏNİB-3
# 13 mart 2023 07:46 (UTC +04:00)

95-ci "Oskar" mükafatlarının sahibləri bəlli olub.

APA mükafatın rəsmi saytına istinadən xəbər verir ki, mükafat aşağıdakı qaydada təqdim edilib.

İlin ən yaxşı filmi "Everything everywhere all at once" (Hər şey hər yerdə və dərhal) seçilib.

Ən yaxşı rejissor - Dan Kvan, Daniel Şeynert - "Everything everywhere all at once” filminə görə;

Ən yaxşı aktyor - Brendan Freyzer - "The Whale" filminə görə;

Ən yaxşı köməkçi aktyor - Ke Huy Quan "Everything everywhere all at once” filminə görə;

Ən yaxşı aktrisa - Mişel Yeoh - "Everything everywhere all at once” filminə görə;

Ən yaxşı köməkçi aktrisa - Jamie Lee Curtis "Everything everywhere all at once” filminə görə.

.

***

Saat 07:30

Oskar mükafatının növbəti qalibləri məlum olub.

APA mükafatın rəsmi saytına istinadən xəbər verir ki, mükafat aşağıdakı qaydada təqdim edilib.

Ən yaxşı xarici dildə film: "Qərb cəbhəsində dəyişiklik yoxdur"

Ən yaxşı qısametrajlı sənədli film - "Fil pıçıltısı"

Ən Yaxşı Qısa Animasiya Filmi - Oğlan, Köstəbək, Tülkü və At.

Ən Yaxşı Orijinal Ssenari - "Qərb cəbhəsində dəyişiklik yoxdur"

Ən yaxşı vizual effektlər - "Avatar: Su yolu"

Ən yaxşı orijinal ssenari - "Hər şey hər yerdə və dərhal”

Ən yaxşı uyğunlaşdırılmış ssenari - "Qadın söhbətləri"

Ən yaxşı səs - "Top Gun: Maverick"

Ən yaxşı orijinal musiqi - Naatu Naatu ("RRR: The Revolution Roars Near")

Ən yaxşı montaj - "Qərb cəbhəsində dəyişiklik yoxdur”

***

Saat 06:06

Amerikanın Kino Sənəti Akademiyası “Oskar” mükafatı mərasimi keçirilir.

APA xəbər verir ki, rejissor Edvard Bergerin çəkdiyi “Qərb cəbhəsində sakitlikdir” filmi “Ən yaxşı operator işi” mükafatını qazanıb.

Kanadalı rejissor Daniel Roerin “Navalnı” filmi “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görülüb.

“Ən yaxşı qısametrajlı bədii film” mükafatını isə Tom Berkli və Ross Uaytın “İrlandcasın sağollaşma” filmi qazanıb.

Xatırladaq ki, “Oskar”ın təşkilatçıları xüsusi böhran qrupu yaradıblar.

Bu qərar keçən il mükafatlandırma mərasimində aktyor Uill Smitlə bağlı qalmaqaldan sonra verilib.

***

Saat 05:30

Amerikanın Kino Sənəti Akademiyası “Oskar” mükafatı mərasimi keçirilir.

APA xəbər verir ki, 95-ci mükafatlandırma mərasimi Los-Ancelesdəki "Dolby" Teatrında baş tutub.

23 nominasiyadan artıq 3 qalib müəyyənləşib.

“Hər şey hər yerdə və dərhal” filmindəki rollarına görə Ke Hui Kuan, Ceymi Li Kertis “Ən yaxşı ikinci dərəcəli rol” və “Ən yaxşı ikinci dərəcəli qadın rolu”na görə qalib olublar.

Ən yaxşı cizgi filmi "Pinokkio Gilermo del Toro" seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR