Alim Qasımovun səsi tanınmış fransız di-cey David Vendettanın yeni albomuna daxil edilib – FOTO

Alim Qasımovun səsi tanınmış fransız di-cey David Vendettanın yeni albomuna daxil edilib – <font color=red>FOTO </font>
# 24 fevral 2010 12:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti Alim Qasımov Fransanın tanınmış di-cey David Vendetta ilə birgə mahnı yazdırıb. APA-nın məlumatına görə, bu əməkdaşlıq layihəsinin ideyası Mübariz Abdullayevə məxsusdur. Məhz bu əməkdaşlıq çərçivəsində “Mamedia”nın Bakıdakı studiyasında Alim Qasımovun ifasında mahnıda istifadə olunmuş hissə yazılıb. Mübariz Abdullayevin Fransaya David Vendettanın studiyasına səfərləri nəticəsində “Paradise” səsyazma leybli altında mahnı hazırlanıb. Alim Qasımovun səs sessiyası David Vendettanın yeni “Vendetta” albomunda sırada 4-cü olan “I’m your Goddess” mahnısına daxil edilib. Mahnının Azərbaycanda yayıma buraxılması da nəzərdə tutulur. David Vendettanın yeni “Vendetta” albomunun təqdimatının isə Beynəlxalq Muğam Mərkəzində martın 20-də keçirilməsi gözlənilir. Martın 21-də “Vendetta” albomu Azərbaycanda və eləcə də bütün dünyada satışa buraxılacaq.

Avropa mahnı mütəxəssisləri tərəfindən bu mahnı dünya musiqi çarxlarında yüksəlmə potensialına malik bir musiqi kimi qiymətləndirilir. Hazırda Fransada “Paradise” studiyası tərəfindən “I’m your Goddess” mahnısına klip çəkilişləri başlayır. Maraqlıdır ki, bu klipdə Alim Qasımov da iştirak edəcək, həmçinin ekran əsərində Qız Qalasından bir neçə kadr da işlənəcək. Klipin çəkilişləri Fransa və Mərakeşdə aparılacaq.

Məlumat üçün bildirək ki, David Vendettanın klipləri dünyanın ən tanınmış musiqi kanallarında, musiqi hitləri isə 2000-ə yaxın məşhur FM radiostansiyalarında qaynar rotasiya formatında yayımlanır. David Vendettanın “Rendezvous” adlı ilk debüt albomu 2007-ci ildə dünyada 2 milyon tirajla satılıb. Onun “Unidos para la musica” mahnısı 2007-ci il boyunca dünya hit paradlarının ən yüksək pillələrində dayanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR