Səyyad Əlizadə “Bəyaz gecələr” adlı MMC yaradıb

Səyyad Əlizadə “Bəyaz gecələr” adlı MMC yaradıb
# 25 fevral 2010 15:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Müğənni Səyyad Əlizadə “Bəyaz gecələr-S” adlı məhdud məsuliyyətli cəmiyyət yaradıb. Azərbaycan Vergilər Nazirliyindən APA-ya verilən məlumata görə, yanvarın 27-də qeydiyyatdan keçmiş şirkət Bakı şəhərinin Nərimanov rayonunda, Faiq Yusifov küçəsi ev 26 a, mənzil 2-də yerləşir.

S. Əlizadə APA-ya bildirib ki, rəhbərlik etdiyi MMC əsasən keyfiyyətini itirmiş lent yazılarının bərpası ilə məşğul olacaq: “Bərpadan sonra həmin səs yazılarını müasir formada diskə köçürəcəyik. İlkin mərhələdə Seyid Şuşinski, Xan Şuşinski, Hacıbaba Hüseynov, Şövkət Ələkbərova, Rübabə Muradova, Ağabala Abdullayev, “Sevil” vokal qrupu və digərlərinin səs yazılarını bərpa edəcəyik”.

Hazırlanacaq disklərin satışı nəzərdə tutulmayıb. S. Əlizadə həmin disklərin Mədəniyyət və Turizm Nazirliyinə təhvil veriləcəyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR