Manizha Avroviziya-2021 mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək

Manizha Avroviziya-2021 mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək
  • Clock-gray 00:31
  • calendar-gray 09 Mart 2021

Müğənni Manizha Avroviziya-2021 mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, ifaçı “Russian woman mahnısını səsləndirəcək.

Avroviziya iştirakçısının xüsusi şouda səsvermə yolu ilə müəyyənləşdirildiyi deyilir. İddiaçılar arasında Manizha, #2Mashi və Therr Maitz yer alıb.

Avroviziya-2021 18-22 may tarixlərində Rotterdamdakı Ahoy arenasında keçiriləcək və 41 ölkədən ifaçılar iştirak edəcəklər. Təşkilatçıların sözlərinə görə, müsabiqə oflayn-formatda keçiriləcək, ancaq nümayəndə heyətlərinin tərkibi və jurnalistlərin sayı azaldılacaq. Tamaşaçıların da qatılıb-qatılmayacağı hələlik məlum deyil.

Qeyd edək ki, ötən il Avroviziya müsabiqəsi koronavirus pandemiyası səbəbindən ləğv edilmişdi.

apa-logo-mini

Digər xəbərlər