Emin:

Emin:
# 26 iyul 2018 16:00 (UTC +04:00)

“Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçısı, Azərbaycanın xalq artisti Emin Ağalarov Zaranın Bakıya gəlməsinə münasibət bildirib. Mətbuat konfransında danışan E. Ağalarov bildirib ki, bu məsələyə münasibəti sadədir:

“Məlumat üçün demək istəyirəm ki, Zara kürddür. Onun Bakıya gəlməsinə neqativ münasibət bəsləyirlərsə, yəqin ki, həmin insanların öz fikri var. Bu, hər kəsin şəxsi dünyagörüşüdür. Musiqi festivalı bayramdır. Bu, müsbət emosiyalar deməkdir. Mən bu müsbət emosiyanı qoruyub-saxlamağın tərəfdarıyam” - deyə, o bildirib.

Mətbuat konfransında qeyd edilib ki, müğənni Zara Bakıya iyulun 29-da – festivalın bağlanış günü gələcək və öz ifasını təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR