Teymur Rəcəbov Millətlər kubokunda yenə heç-heçə oynayıb

Teymur Rəcəbov Millətlər kubokunda yenə heç-heçə oynayıb
# 07 may 2020 18:02 (UTC +04:00)

FİDE tərəfindən təşkil olunan onlayn şahmat üzrə Millətlər kubokunda 3-cü oyun gününə start verilib.

Apasport.az saytının məlumatına görə, 180 min dollar mükafat fondu olan yarışın V turunda Hindistan – Rusiya, ABŞ – Çin və Dünya – Avropa cütləri üz-üzə gəlir.

Dünya yığmasının heyətində yer alan Azərbaycan millisinin şahmatçısı Teymur Rəcəbov I dövrənin son turunda Maksim Vaşye-Laqravıa görüşüb. Təmsilçimiz imtina etdiyi İddiaçılar turnirində onu əvəzləyən fransalıya qarşı ağ fiqurlarla mübarizə aparıb.

İlk 4 turda qələbəyə həsrət qalan və cəmi 1,5 xal toplayan Teymur bu görüşdə də heç-heçə ilə kifayətlənib.

Qeyd edək ki, bu gün keçiriləcək VI turda Teymurun yer aldığı Dünya yığması Çinlə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR