Teymur Rəcəbov yenidən Levon Aronyanla qarşılaşacaq

Teymur Rəcəbov yenidən Levon Aronyanla qarşılaşacaq
  • Clock-gray 12:16
  • calendar-gray 28 Yanvar 2021

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Opera Euro Rapid” turnirində iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, qrossmeysterimiz yarışa qatılacaq 16 şahmatçı arasında yer alıb.

“Champions Chess Tour” çərçivəsində baş tutacaq turnirin mükafat fondu 100 min ABŞ dollarıdır. Fevralın 6-14-də keçiriləcək yarışda təmsilçimiz son vaxtlarda bir neçə dəfə məğlub etdiyi erməni Levon Aronyanla növbəti duelə çıxacaq. Yarışda həmçinin Maqnus Karlsen, Din Liren, Hikaru Nakamura, Uesli So, Yan Nepomnyaşi, Maksim Vaşye-Laqrav, Aleksandr Qrişuk, Aniş Giri, Lenye Dominqes, Yan Kşiştof Duda, Vidit Qudjrati, Sem Şenklend, Danil Dubov və Mattias Blyubaum da qüvvəsini sınayacaq.

Qeyd edək ki, öncə dairəvi sistemlə mübarizə aparacaq şahmatçılardan səkkizi nokaut sistemi ilə qalibi müəyyənləşdirəcək. Birinci yerin sahibi 30 min dollar qazanacaq.

ApaSport

Digər xəbərlər