Azərbaycan millisi İtaliyaya qalib gəlib, Xorvatiya ilə heç-heçə oynayıb

Azərbaycan millisi İtaliyaya qalib gəlib, Xorvatiya ilə heç-heçə oynayıb
  • Clock-gray 20:56
  • calendar-gray 28 Oktyabr 2019

Gürcüstanın Batumi şəhərində komandalararası Avropa çempionatı davam edir. 

APA-nın məlumatına görə, yarışın beşinci turu Azərbaycan yığmaları üçün fərqli nəticələrlə yekunlaşıb. 

Xorvatiya ilə üz-üzə gələn kişilərdən ibarət komandamız heç-heçə ilə kifayətlənib. Lövhələrin dördündə də "sülh" qeydə alınıb. 

Onlardan fərqli, qadınlardan ibarət yığma qələbə qazanıb. Milli İtaliyadan üstün olub. 

Qeyd edək ki, 9 turdan ibarət olacaq yarış noyabrın 2-də bitəcək. 


Avropa çempionatı
V tur
Kişilər

XORVATİYA - AZƏRBAYCAN - 2:2
İvan Sariç - Arkadi Naydiç - 0,5:0,5
Marin Bosioçiç - Rauf Məmmədov - 0,5:0,5
Xrvoe Steviç – Qədir Hüseynov - 0,5:0,5
Ante Brkiç - Eltac Səfərli - 0,5:0,5

Turnir cədvəli: 1. Ukrayna, 2. Rusiya - hər ikisi 9 xal, 3. Sloveniya – 8, ...6. Azərbaycan – 7.

Qadınlar
İTALİYA - AZƏRBAYCAN - 1,5:2,5

Sabina Brunello - Günay Məmmədzadə - 0,5:0,5
Olqa Zimina - Xanım Balacayeva - 1:0
Yelena Sedina - Ülviyyə Fətəliyeva - 0:1
Danigla Movilianu - Gülnar Məmmədova - 0:1

Turnir cədvəli: 1. Rusiya – 10 xal, 2. Gürcüstan, 3. Azərbaycan - hər ikisi 8 xal.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date