Azərbaycanın 5 şahmatçısı “Top-100”də yer alıb

Azərbaycanın 5 şahmatçısı “Top-100”də yer alıb
# 01 iyul 2019 10:14 (UTC +04:00)

FİDE iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.

APA-nın məlumatına görə, kişilər arasında “Top-100”də Azərbaycan millisinin 4 şahmatçısı yer alıb.

Təmsilçilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdur. O, bu dəfə 8-ci pillədə qərarlaşıb və 2765 reytinq xalına malikdir.

Teymur Rəcəbov (2759) 13-cü yerdə qərarlaşıb. Digər şahmatçılarımıza gəlincə, Arkadi Naydiç (2681) 62-ci, Qədir Hüseynov (2654) 100-cü pillədədir. Reytinq siyahısına Maqnus Karlsen (Norveç, 2872) başçılıq edir.

Qadın şahmatçıların ən güclü “100-lüy”ündə isə cəmi 1 həmyerlimiz var. Günay Məmmədzadə 2427 xalla 40-cı pillədə yer alıb. Qadın idmançıların siyahısında yenə Yifan Hou (Çin, 2659) liderdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR