Bakıda FİDE-nin Prezident Şurasının iclası keçiriləcək

Bakıda FİDE-nin Prezident Şurasının iclası keçiriləcək
  • Clock-gray 10:56
  • calendar-gray 27 İyun 2019

Sabah Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının iclası öz işinə başlayacaq. 

APA-nın məlumatına görə, FİDE prezidenti Arkadi Dvorkoviç Prezident Şurasında iştirak etmək üçün bu gün Bakıya gələcək. 

İki gün davam edəcək iclasda bir sıra vacib məsələlər müzakirə ediləcək. Prezident Şurasında həmçinin federasiyaların üzvlük haqlarının azaldılması məsələsinə baxılacaq. FİDE Prezident Şurasının sonunda yekun qərarlar barədə mətbuata məlumat veriləcək.
 
Qeyd edək ki, FİDE Prezident Şurasının iclası Bakının "Hilton" otelində keçiriləcək. İclas iyunun 28-də səhər saat 9-00-da başlayacaq.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date