Qədir Hüseynov “Titled-Tuesday-Blitz” turnirində birinci olub

Qədir Hüseynov

© APA | Qədir Hüseynov

# 29 dekabr 2021 16:13 (UTC +04:00)

Azərbaycan şahmatçısı Qədir Hüseynov növbəti uğuruna imza atıb.

Apasport.az saytının məlumatına görə, qrossmeysterimiz “Titled-Tuesday-Blitz” turnirində fərqlənib.

İsveçrə sistemi ilə 11 turdan ibarət turnirdə təmsilçimiz 9,5 xal toplayıb. 9 qələbə və 1 heç-heçəsi olan Qədir yalnız 1 məğlubiyyət alıb.

Şahmatçımız daha iki iştirakçı ilə eyni xala malik olsa da, əlavə göstəricilərdə hamını qabaqlayıb. Digər təmsilçimiz Murad İbrahimli 7,5 xalla 25-ci yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR