Azərbaycan yığmasının oyunçusu Türkiyə klubu ilə müqavilə imzalayıb

Azərbaycan yığmasının oyunçusu Türkiyə klubu ilə müqavilə imzalayıb
  • Clock-gray 12:18
  • calendar-gray 23 May 2020

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova karyerasını Türkiyədə davam etdirəcək. 

Bu barədə apasport.az saytına məlumatı 27 yaşlı blokçunun özü verib. 

O bildirib ki, son iki mövsümdə oynadığı Macarıstan “Vaşaş”ı ilə yeni müqaviləsinə qarşılıqlı şəkildə xitam verib və “Sarıyer Bələdiyespor”la anlaşıb: “Koronavirus pandemiyası səbəbindən Azərbaycana yaxın bir yerdə legioner həyatı yaşamaq istəyirdim. Çünki 2 aydır Macarıstandan çıxa bilmirəm. İstanbulda olsaydım, artıq ölkəmizə qayıdardım. Bu səbəbdən də “Vaşaş”la müqaviləni pozub, “Sarıyer Bələdiyespor”la bir mövsümlük müqavilə imzaladım. Çalışacam ki, komandamın uğurlu çıxış etməsi üçün əlimdən gələni edim”. 

Türkiyə çempionatını seçməsində yeni təcrübə qazanmaq istəyini gizlətməyən Abduləzimova “Sarıyer Bələdiyespor”da da özünü yaxşı tərəfdən göstərəcəyinə inam ifadə edib. O bildirib ki, Sultanlar Liqasında mübarizə kifayət qədər gərgin keçir və bu keçid oyununu daha da yüksəltməyə kömək olacaq. 

Qeyd edək ki, “Sarıyer Bələdiyespor” ötən həftə yığmamızın digər voleybolçusu Nikalina Başnakova ilə müqaviləni yeniləyib. 

ApaSport

Digər xəbərlər