“Anadolu Efes” Avroliqanın finalında “Real Madrid”ə qalib gəlib

“Anadolu Efes” Avroliqanın finalında “Real Madrid”ə qalib gəlib
# 22 may 2022 00:59 (UTC +04:00)

Belqradda Basketbol üzrə Avroliqada “Dördlər finalı” başa çatıb.

APA xəbər verir ki, Türkiyənin “Anadolu Efes” komandası finalda İspaniya “Real Madrid”ini məğlub edərək turnirin qalibi olub.

Görüş 58:57 hesabı ilə İstanbul basketbolçularının xeyrinə başa çatıb.

Anadolu Efes tarixində ikinci dəfə və ardıcıl iki dəfə Avroliqanın qalibi olub.

Bununla da Türkiyə klubu basketbol üzrə Avropa kubokunun çempion titulunu qoruyub.

Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə İspaniya "Barselona"sı Yunanıstanın "Olimpiakos"una qalib gəlib - 84:74.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR