Azərbaycanda ilk dəfə turistlərə xidmət edəcək kitabxana yaradılacaq

Bakı. Kəmalə Quliyeva – APA. “Yaxın aylarda Ənvər Məmmədxanlı adına kitabxananın bazasında Bakıya gələn turistlərə xidmət edən kitabxana yaradılacaq”. Bu barədə APA-ya Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev məlumat verib. Onun sözlərinə görə, “Bakı İnformasiya Kitabxana Turizm Mərkəzi”nin yaradılması barədə qərar mədəniyyət və turizm naziri tərəfindən verilib: “İldən-ilə Azərbaycan turist axını çoxalır, lakin onlara xidmət edəcək bir kitabxana yoxdur. “Bakı İnformasiya Kitabxana Turizm Mərkəzi”nin yaradılması isə bu problemi həll edəcək”. Ə. Əliyevin sözlərinə görə, hazırda yaradılacaq kitabxana üçün əcnəbi dildə olan kitabların toplanışına başlanılıb: “Bu kitabxanada dünyanın bütün dillərində olan kitablar toplanacaq və kitabxana Azərbaycanda analoqu olmayan bir kitabxana olacaq”.
İdarə rəisi onu da qeyd edib ki, hazırda Bakı şəhərində 85 kitabxana fəaliyyət göstərir. Fəaliyyəti zəif, maddi-texniki bazası bərbad olan kitabxanaların ləğv olunacağını deyən Ə. Əliyevin sözlərinə görə, yaxın illərdə Bakının bütün rayonlarındakı kitabxanalarda informasiya mərkəzləri yaradılacaq. Bu il isə paytaxtın dörd rayonundakı iri kitabxanalarda informasiya mərkəzlərinin açılması gözlənilir.

Turizm

Milli Kulinariya Komandası BƏƏ-də keçirilən beynəlxalq yarışmada gümüş və bürünc medallar qazanıb

Azərbaycan Asiya-Sakit Okean Turizm Assosiasiyasının illik sammitində iştirak edir

Azərbaycan və BƏƏ arasında qarşılıqlı turizm səfərlərinin sayının artırılması müzakirə edilib