Turizmdən ən çox gəlir əldə edən ölkələrin adları açıqlanıb

Turizmdən ən çox gəlir əldə edən ölkələrin adları açıqlanıb
# 09 sentyabr 2009 10:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Turizm sahəsindən ən çox gəlir əldə edən ölkələrin siyahısı açıqlanıb.
«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, reytinq turizm biznesindəki müsbət saldo (ölkəyə gələn turistlərin xərci və ölkə vətəndaşlarının digər ölkələrdə xərclədiyi vəsaitin fərqi) üzrə tərtib olunub. Siyahıya 40 ölkə daxil edilib. Turizm xidmətlərinin ən iri ixracatçıları siyahısında birinci yerdə İspaniya, ikinci yerdə ABŞ, üçüncü yerdə isə Türkiyə qərarlaşıb. Bundan başqa, siyahıda Fransa, Honkonq, Avstriya, Xorvatiya, Tailand, Malayziya, Çin, Səudiyyə Ərəbistanı, Misir, Mərakeş, CAR, Tunis, Meksika, Argentina və Rusiya kimi ölkələrdə yer alıb.
Maraqlıdır ki, Yunanıstan, İsrail, Kipr, Portuqaliya, Finlandiya, Monteneqro və İsveç kimi ölkələr siyahıya daxil edilməyib. Bu da bu ölkələrdə oxşar statistikanın aparılmaması ilə əlaqədardır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR