Azərbaycan «Şeyx Cüneyd» mavzoleyi üçün ziyarət turizm inkişaf planı hazırlayır

Azərbaycan «Şeyx Cüneyd» mavzoleyi üçün ziyarət turizm inkişaf planı hazırlayır
# 28 dekabr 2009 09:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Qusar rayonunun Həzrə kəndində «Şeyx Cüneyd» mavzoleyi üçün ziyarət turizm inkişaf planı hazırlanır.

Mədəniyyət və Turizm Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, layihənin əsas məqsədi Qusar rayonunda turizm görmə yerlərinin inkişafıdır. Layihədə turizm informasiya mərkəzinin tikintisi, otelin yaradılması, mədəniyyət turizminin təşkili və digər işlərin həyata keçirilməsi nəzərdə tutulur. Layihənin ümumi dəyəri 3,1 mln. ABŞ dolları təşkil edir və işlər 5 il ərzində davam edəcək.

Qeyd edək ki, layihə Turizmin İnkişafı Proqramının tələblərinə uyğundur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR