Ötən il Qəbələyə gələn turistlərin sayı iki dəfə artıb

Ötən il Qəbələyə gələn turistlərin sayı iki dəfə artıb
# 14 yanvar 2010 00:05 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov - APA. 2009-cu ildə Qəbələ rayonuna səfər edən yerli və xarici turistlərin sayı əvvəlki ildəkindən 2 dəfə artıq olub.

Rayonun mədəniyyət və turizm şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, ötən il Qəbələyə 29 855 turist səfər edib ki, onlardan 24 047-si yerli, 5 808 nəfəri isə əcnəbi vətəndaşdır. Bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur. Belə ki, 2008-ci ildə Qəbələdə cəmi 14 630 turist olub.

Qəbələyə gələn qonaqların 26 096-sı müxtəlif turizm obyektlərində istirahət edib, 3200-ü işgüzar səfərdə olub, 191-i isə sanatoriyada müalicə olunub.

Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Qəbələdə müasir turizm obyektlərinin sayı ötən 5 ildə 4 dəfə artaraq 13-ə çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR