Azərbaycanda hotellərin sayının artması qiymətlərin enməsinə səbəb olur

Azərbaycanda hotellərin sayının artması qiymətlərin enməsinə səbəb olur
# 28 aprel 2010 13:14 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda bu ilin sonuna kimi “Şahdağ” İstirahət Kompleksinin tikintisinə başlanacaq.

Bunu «APA-Economics»ə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.

A.İsmiyevin sözlərinə görə, bu layihə Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Ümumiyyətlə, hər il Azərbaycanda 20-25 mehmanxana, hotel və hotel tipli obyekt tikilir.

Nazirliyin şöbə müdiri qeyd edib ki, yeni tikilən hotel-mehmanxanaların istifadəyə verilməsi nəticəsində turistlərin yerləşdirilməsi üçün yeni imkanlar yaradılır və rəqabət artır ki, bu da xidmət qiymətlərinə öz təsirini göstərir: “Ötən il Cənub və Şimal regionlarında 20-25% endirimlər olub. Bu il qiymətlərdə endirim olması yerləşdirmə yerlərinin sayından asılıdır, nə qədər çox hotel, mehmanxana tikilib istifadəyə verilsə, rəqabət üçün o qədər əlverişli şərait yaradılacaq. Bu isə öz növbəsində qiymətlərdə əks ediləcək”.

Bununla yanaşı, A.İsmiyev bu ilin sonuna kimi Azərbaycanın Fransa, İngiltərə, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri/Dubayda keçiriləcək beynəlxalq sərgilərdə iştirak edəcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR