«Heyrətamiz Hindistan» adlı görüş keçirilib - FOTOSESSİYA

«Heyrətamiz Hindistan» adlı görüş keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 01 may 2010 09:50 (UTC +04:00)
Bakı .Laçın Sultanova - APA. Bakıda Hindistanın turizm potensialına həsr olunmuş «Heyrətamiz Hindistan» adlı görüş keçirilib. APA-nın məlumatına görə, Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Caqdiş Mina ölkəsi ilə Azərbaycan arasında əlaqələrin əsrlərlə tarixi olduğunu deyib. O bildirib ki, Atəşgah məbədindəki yazılar göstərir ki, İpək Yolunu marşrut seçən hindistanlı tacirlərin Azərbaycanla ticarət əlaqələri olub.

Mədəni əlaqələrin inkişafından danışan diplomat deyib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvi Hindistan şairi Əmir Xosrov Dəhləvinin yaradıcılığına böyük təsir göstərib. O, dahi Azərbaycan ifaçısı Rəşid Beybudovla görkəmli hind rejissoru və aktyoru Rac Kapur arasında dostluq əlaqələrini də xatırladıb.

Hindistan Turizm İdarəsinin Frankfurtdakı ofisinin direktoru Mohammad Caved Hindistanda böyük turizm müxtəlifliyindən bəhs edib və deyib ki, xizək sevənlər ilin eyni fəslində Hindistanın şimalına, çimərlik sevənlər isə cənubuna gedə bilərlər. Hindistanın qədim sivilizasiya məkanı olduğunu xatırladan M. Caved ölkədə 5 min tanınmış turist məkanın olduğunu da deyib. O, həmçinin bildirib ki, Hindistana səfər edən insanların 42 faizi oraya bir daha səfər edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR