Avropa kurortları «hər şey daxil» sistemini genişləndirir

Avropa kurortları «hər şey daxil» sistemini genişləndirir
# 26 may 2010 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Avropa kurortları istirahət edənlərə «hər şey daxil» sisteminin («all inclusive») təklifini genişləndirir.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sözügedən təklifi genişləndirməklə Avropa kurortları Türkiyə və Misirə gedən turistləri özünə cəlb etmək niyyətindədir.

Hazırda Avropanın bir çox hotelləri «hər şey daxil» sisteminin tətbiqinə başlayıb və bu sistemin əhatəsi getdikcə genişlənir. Bu sistem nəticəsində Avropada istirahət edənlər 10 gün ərzində təxminən 350-400 avro vəsaitə qənaət etmiş olacaq. Əvvəlki turpaketlə «hər şey daxil» sistemi olan turpaket arasındakı fərq isə 100-150 avroya yaxındır.

Qeyd edək ki, «hər şey daxil» sisteminin 100% tətbiqinə daha yaxın ölkələr sırasında Türkiyə, Misir, Kuba və Dominikan mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR