Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına yeni sədr seçilib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına yeni sədr seçilib
# 04 avqust 2022 10:31 (UTC +04:00)

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) sədri vəzifəsinə seçki keçirilib.

APA xəbər verir ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 2-ci Baş Assambleyası çərçivəsində keçirilən seçkidə Göydəniz Qəhrəmanov assosiasiyasının İdarə Heyətinin yeni sədri seçilib.

Aida Əliyeva isə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının icraçı direktoru təyin edilib.

Qeyd edək ki, bundan öncə AATA-nın sədri Rüfət Hacıyev idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR