Ötən il Azərbaycanda mehmanxanaların gəlirləri 80 faizədək artıb

Ötən il Azərbaycanda mehmanxanaların gəlirləri 80 faizədək artıb
# 26 yanvar 2022 12:22 (UTC +04:00)

2021-ci ildə Azərbaycanda mehmanxanaların gəlirləri 2020-ci illə müqayisədə 79,1% artaraq 209,2 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gəlirlərin 59,7%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9%-i ictimai iaşə xidmətlərindən, 2,5%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,9%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2021-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 11,2% səviyyəsində olub (2020-ci ildə 6,5%). Bu göstərici Şabranda 82,2%, Beyləqanda 25,5%, Qubada 22,2%, Naftalanda 21%, Lənkəranda 19,1%, Qəbələdə 16,2%, Bakıda 14,2%, Ağcabədidə 14%, Bərdədə 13%, Göyçayda 12,9%, Cəlilabadda 12,7%, Sabirabadda 12%, Şəmkirdə 11,7%, Şamaxıda 11,2%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR