Səfir: “Təklif gələrsə, Azərbaycan hökuməti vizadan azadetmə məsələsinə baxa bilər”

Nərgiz Qurbanova

© APA | Nərgiz Qurbanova

# 28 may 2022 18:36 (UTC +04:00)

“Pandemiyaya baxmayaraq, azərbaycanlı gənclər arasında Polşaya maraq çox böyük olub”.

APA xəbər verir ki, bunu Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova deyib.

O bildirib ki, pandemiyadan əvvəl Polşada təhsil alan xarici tələbələr arasında azərbaycanlı tələbələr ilk beşlikdə idi.

Turistlərin Azərbaycana səfəri ilə bağlı azərbaycanlı diplomat bildirib ki, asan-viza xarici turistlərin Azərbaycana səfərini asanlaşdırıb: "Elektron viza turistlər üçün yaxşı imkanlar verir. 2014-cü ildə Aİ və Azərbaycan arasında vizaların sadələşdirilməsi ilə bağlı sənəd də imzalanıb. Ancaq təbii ki, turizm sektorundan, səfirliklərdən, geniş seqmentdən təkliflər gələrsə, Azərbaycan hökuməti bu məsələyə baxa bilər. Birtərəfli vizadan azadetmə Azərbaycan hökumətinin səlahiyyətləri çərçivəsində olan məsələdir".

Səfir Qurbanova deyib ki, Polşada tələbələrlə yanaşı, mütəxəssislərin sayı da artır, gənc mütəxəssislər Polşadan iş təklifi alır və ya peşəkarlıqlarını artırmaq üçün bu ölkənin müxtəlif şəhərlərinə səfərlər edirlər: “Bu, mədəni, siyasi dialoqun güclənməsinin, həmçinin xalqlararası münasibətlərin genişlənməsinin nəticəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR