Yunanıstanda hotellərin 65%-i iflasa hazırlaşır

Yunanıstanda hotellərin 65%-i iflasa hazırlaşır
# 20 aprel 2020 11:11 (UTC +04:00)

Koronavirus pandemiyası səbəbindən Yunanıstanda fəaliyyət göstərən hotellərin 65%-i özlərini müflis elan etmək haqqında düşünür.

APA-Economics”in məlumatına görə, bu barədə Yunanıstan Hotelçilik Palatası tərəfindən keçirilən sorğunun nəticələrindən məlum olub.

Eyni zamanda, sorğuda iştirak etmiş respondentlərin 18,3%-i bunu yalnız ehtimal edir, 46,6%-i isə bu variantı istisna etmir. Hər halda, sorğuda iştirak edən hotellərin 95%-i bu il gəlirlərin 56,3% azalacağını gözləyir.

Ümumilikdə, pandemiya səbəbindən Yunanıstanın hotel sənayesinin potensial itkiləri 4,46 mlrd. avro dəyərində qiymətləndirilir. Hazırda ölkənin bütün hotelləri aprelin 30-dək bağlanıb. Buna baxmayaraq, nikbin ssenariyə görə, Yunanıstanda bu il turizm mövsümü iyulun 1-də açılacağı gözlənilir. Belə halda Yunanıstandakı hotellərinin gəlirləri ötən ilə nisbətən təxminən 10 mlrd. avro azalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR