ABŞ Bakıda keçirilən tədbirdə ÜTT sıralarına yenidən qayıdacağını bəyan edib

ABŞ Bakıda keçirilən tədbirdə ÜTT sıralarına yenidən qayıdacağını bəyan edib
# 18 iyun 2019 13:31 (UTC +04:00)

"Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının 110-cu sessiyasında dünyanın 5 qitəsindən 40 ölkənin nümayəndələri iştirak edib".

APA-nın məlumatına görə, bunu bu gün 16-18 iyun tarixlərində Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili söyləyib.

ÜTT baş katibi deyib ki, tədbir iştirakçılarına Azərbaycanda qalmağı, mədəniyyəti ilə tanış olmağı və mətbəxini dadmağı tövsiyə edib: "Azərbaycan neft istehsal edən dövlət kimi bu potensialı ölkənin turizm məkanına çevrilməsi üçün istifadə edib. Azərbaycan daha böyük beynəlxalq tədbirləri keçirməyə hazırdır".

Z.Pololikaşvili qeyd edib ki, ABŞ-dan böyük nümayəndə heyəti Bakıda keçirilən tədbirə qatılıb: "23 il əvvəl ABŞ Ümumdünya Turizm Təşkilatını tərk edib, ilk dəfə ABŞ nümayəndə heyəti Ümumdünya Turizm Təşkilatının sessiyasında iştirak etdi. Nümayəndə heyəti ABŞ Ümumdünya Turizm Təşkilatına qayıdacağını elan etdi. Bizim ABŞ-ın dəstəyinə böyük ehtiyacımız var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR