Azərbaycan və Özbəkistan qarşılıqlı turizm axınını təmin edəcəklər

Azərbaycan və Özbəkistan qarşılıqlı turizm axınını təmin edəcəklər
  • Clock-gray 10:15
  • calendar-gray 15 Oktyabr 2019

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

APA-Economics”in AzTA-ya istinadən verdiyi məlumata görə, sənədi Azərbaycan Turizm Assosiasiyanın rəhbəri Nahid Bağırov və Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi sədrinin müavini Uluqbek Azamov imzalayıblar.

Əməkdaşlıq haqqında memorandum tərəflər arasında turizmin inkişafı sahəsində birgə əməkdaşlıq, o cümlədən məlumat mübadiləsi, qarşılıqlı turizm səfərlərinin təşkili, birgə turizm məhsullarının yaradılması və tətbiqi, eləcə də qarşılıqlı turizm axınının təmin edilməsi məqsədi ilə turizm potensialının fəal təşviqi tədbirlərini nəzərdə tutur.

“Memorandumun Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində imzalanması bizim üçün əlamətdar hadisədir. AzTA ölkənin turizm potensialının təbliğinin bütün dünyada, o cümlədən qonşu ölkələr arasında genişləndirilməsi fəaliyyətini davam edir. Həm Azərbaycan turistləri, həm özbək turistləri üçün təşkil olunacaq tədbirlər bir mənalı şəkildə maraqlı olacaq. İnanıram ki, bu tədbirlərin nəticəsində qarşılıqlı turizm axınını təmin edə bilərik”, - deyə N. Bağırov bildirib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date