Azərbaycanda turizm sahəsini tənzimləyəcək yeni qanun hazırlanır

Azərbaycanda turizm sahəsini tənzimləyəcək yeni qanun hazırlanır
# 04 iyun 2019 11:52 (UTC +04:00)

Azərbaycanda turizm sahəsini tənzimləyəcək yeni qanun hazırlanır.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, əsas məqsəd ölkədə bu sahədə olan bəzi nöqsanları aradan qaldırmaqdır.

"Bildiyiniz kimi, ölkədə 2 mindən çox turizm şirkəti fəaliyyət göstərir. Bu sahədə fəaliyyət göstərmək üçün lisenziya tələb olunmur və bu, müəyyən çətinliklər yaradır. Burada nəzarət mexanizmləri olmalıdır. Bizim əsas fəaliyyətimiz, bildiyiniz kimi, biznesə dəstəkdir. Amma eyni zamanda başa düşməliyik ki, nöqsanlar var. Məhz ona görə biz təkliflər hazırlamışıq və bu sahədə yenin qanunla bağlı işlər aparılır. Yeni qanun turoperatorların fəaliyyətini tənzimləyəcək", - deyə F. Nağıyev qeyd edib.

Agentliyinin sədri həmçinin əlavə edib ki, turizm operatorlarına olan tələblərdən biri onların sığorta fondlarının və sığorta mexanizmlərinin olmasıdır.

"Şirkət əgər fəaliyyət göstərirsə, deməli onun müəyyən meyarlara uyğun olması gərəkdir. Beynəlxalq təcrübə göstərir ki, bu meyarlardan biri sığorta mexanizmidir. Əgər hər hansı şirkət turizm agentliyi kimi fəaliyyət göstərmək istəyirsə, deməli onu müəyyən vəsaiti olmalıdır ki, yarana biləcək riskləri hər zaman dövlət öz üzərinə götürməsin", - deyə F. Nağıyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR