Xarici vətəndaşlar bu il Azərbaycanda 190 milyon manatdan artıq pul xərcləyiblər

Xarici vətəndaşlar bu il Azərbaycanda 190 milyon manatdan artıq pul xərcləyiblər
  • Clock-gray 08:07
  • calendar-gray 10 Aprel 2018

Azərbaycana gələn xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə bu ilin yanvar ayında 99,798,809 manat, fevral ayında 91,128,890 manat, ümumilikdə isə 190,927,699 manat məbləğində əməliyyat aparılıb. 

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ildə xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə 31,565,965 manat yəni 20% daha çox vəsait xərclənib.

 

2017-ci ildə xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsilə 1,022,036,752 manat məbləğində vəsait xərcləmişdi.

 

Azərbaycan vətəndaşları tərəfindən isə xaricdə  2 ay ərzində 179,521,339 manat məbləğində  əməliyyat aparılıb. Xarici vətəndaşların Azərbaycanda xərclədikləri vəsaitin həcmi Azərbaycan vətəndaşlarının xarici ölkələrdə xərclədikləri vəsaitdən 11,406,360 manat daha çoxdur.

Cavid Zeynallı

Digər xəbərlər

Arxiv

date