Belarusun Azərbaycandakı səfiri Mingəçevirdədir

Belarusun Azərbaycandakı səfiri Mingəçevirdədir
# 02 mart 2007 11:10 (UTC +04:00)
Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Mingəçevirə gedib. APA-nın Qarabağ bürosunun məlumatına görə, öncə Heydər Əliyevin abidəsini ziyarət edən diplomat Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevlə görüşüb. İki gün davam edəcək səfər zamanı səfirin şəhərdəki iri sənaye və istehsal müəssisələrinə baş çəkəcəyi gözlənilir. N. Patskeviçi səfərdə müşayiət edən xanımı isə Tarix-Diyarşünaslıq Muzeyi və bir neçə mədəniyyət müəssisəsi ilə tanış olacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR