ABŞ səfiri Azərbaycan hökumətini Elmar Hüseynovun qatillərini tapmağa çağırıb

ABŞ səfiri Azərbaycan hökumətini Elmar Hüseynovun qatillərini tapmağa çağırıb
# 02 mart 2007 11:18 (UTC +04:00)
Səfir bildirib ki, ABŞ Azərbaycanda hər kəsi mətbuat üçün daha azad şərait yaratmaq üçün çalışmağa, Azərbaycan hakimiyyətini Elmar Hüseynovun qatillərini tapmağa və jurnalistlərə qarşı hədə-qorxu gələnləri cəzalandırmağa çağırır.
ABŞ-ın Azərbaycandakı səfirliyi də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölümünün ikinci ildönümü münasibətilə səfir Ann Dersinin açıqlamasını yayıb. Səfirlikdən APA-ya daxil olan açıqlamada cinayəti törədənlərin cəzasız qalmasından təəssüflənildiyi vurğulanıb. Demokratiyada mətbuat adamların azadlığının əsas qarantı kimi çıxış edir. Elmar Hüseynov kimi jurnalistlərə hədə-qorxu gələn, döyən və öldürənlər, sadəcə olaraq, adamları bu hüquqdan, bu azadlıqdan məhrum etməyə can atırlar. Elmar Hüseynovun qatilləri bir adamı öldürməyə müvəffəq oldular, lakin ideyanı boğa bilmədilər və heç zaman bunu edə bilməyəcəklər”. Səfir Ann Dersi açıqlamasında Azərbaycanın öz iradəsi ilə özünə demokratik gələcək seçdiyini bildirib. “Mən Azərbaycan rəhbərliyini bu böyük məqsəd naminə səylərini ikiqat artırmağa və ədalətin öz yerini tutmasını təmin etməyə çağırıram. Elmar Hüseynovu öldürənləri tutun və mühakimə edin. Mən Amerika xalqı və Amerika Birləşmiş Ştatları hökuməti adından Elmar Hüseynovun ailəsinə, dostlarına və həmkarlarına başsağlığı verir və dərin kədərimi bildirirəm. O, Azərbaycanda demokratiyanın qorxmaz müdafiəçisi idi”. Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia isə APA-ya bildirib ki, Avropa Şurası Parlament Assambleyası və qurumun Nazirlər Komitəsi dəfələrlə Elmar Hüseynovun qatillərinin tapılmasına çağırıb. “Əminəm ki, bu məsələ hələ də Avropa Şurası Parlament Assambleyasını narahat edir”. O, AŞPA-dan qeyd olunan məsələ ilə bağlı yeni çağırışların qurumda təmsil olunan parlamentarilərdən birinin təşəbbüsü ilə edilə biləcəyini deyib.
/APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR