Zurab Qumberidzenin gələcək fəaliyyəti Gürcüstanla Azərbaycan arasında enerji sektorunda əməkdaşlıqla bağlı olacaq

Zurab Qumberidzenin gələcək fəaliyyəti Gürcüstanla Azərbaycan arasında enerji sektorunda əməkdaşlıqla bağlı olacaq
# 05 mart 2007 10:11 (UTC +04:00)
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidzenin diplomatik missiyası martın 15-də başa çatır. Səfir APA-ya verdiyi müsahibəsində bildirib ki, hazırda Azərbaycan rəhbərliyi, nazirlik və idarə rəhbərliyi ilə protokol görüşləri keçirir. “Tiflisə qayıtdıqdan sonra yeni işə hazırlıqla bağlı bir müddət məzuniyyətdə olacağam” deyən diplomat bildirib ki, bundan sonrakı işi Gürcüstanla Azərbaycan arasında enerji sektorunda əməkdaşlıqla bağlı olacaq: “Səfirliyimiz yarandığı ilk gündən fəaliyyətinin əsas hissəsi enerji layihələri olub. Özüm də bu sahədə çalışmaq niyyətindəyəm”.
Qeyd edək ki, Z. Qumberidze Azərbaycanda 12 il çalışıb, bunun 10 ilini səfir olub. Gürcüstanın Azərbaycana yeni təyin etdiyi səfir Nikoloz Natbiladzenin Bakıya nə vaxt gələcəyi isə hələlik dəqiq məlum deyil. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR