Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze səlahiyyət müddətinin bitməsi ilə əlaqədar media nümayəndələri ilə vida görüşü keçirib

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze səlahiyyət müddətinin bitməsi ilə əlaqədar media nümayəndələri ilə vida görüşü keçirib
# 13 mart 2007 15:13 (UTC +04:00)
“Azərbaycanla Gürcüstan arasında əlaqələr dinamik inkişaf edir. Mənim səfir kimi çalışdığım müddətdə iki ölkə arasında 110-dan artıq hüquqi sənəd imzalanıb”. Bu fikirləri media nümayəndələri ilə vida görüşündə Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Zurab Qumberidze söyləyib. O, iki ölkənin energetika və nəqliyyat layihələrində aktiv əməkdaşlıq etdiyini vurğulayıb. “Əminəm ki, yeni səfirimiz də ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsinə nail olacaq”. Zurab Qumberidze diplomatik fəaliyyətini başa vurduqdan sonra səfir olarkən həyata keçirilməsində mühüm rol oynadığı iqtisadi layihələrdən birində çalışmaq istədiyini deyib. O, Gürcüstan Neft-Qaz Korporasiyasının təmsilçisi ola biləcəyini istisna etməyib. Zurab Qumberidze “Şahdəniz” yatağında hasil olan qazın bölgüsü məsələsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında problem olmadığını vurğulayıb: “Biz hasilatın pay bölgüsünə dair üçtərəfli danışıqlar aparmışıq. Danışıqlar uğurla başa çatıb, məsələ “Şahdəniz” layihəsinin hansı sürətlə işləməsindədir”. Qeyd edək ki, Gürcüstanın Azərbaycandakı səfirliyi 1995-ci ildən fəaliyyət göstərir, Zurab Qumberidze isə 1997-ci ildən etibarən Gürcüstanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR