Aİ səfiri 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

Aİ səfiri 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib
# 20 yanvar 2022 00:18 (UTC +04:00)

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 20 Yanvar faciəsi ilə bağlı "Twitter" səhifəsində paylaşım edib.

APA-nın xəbərinə görə, paylaşımda deyilir:

“Avropa İttifaqının səfirləri Bakıdakı Şəhidlər Xiyabanına gül dəstələri düzərək, “Qara Yanvar” faciəsi qurbanlarının xatirəsini yad ediblər. Həmin faciəli hadisələrin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR