Aİ səfiri: "Məqsədimiz Ermənistan və Azərbaycana hərtərəfli və dayanıqlı razılaşmaya nail olmaqda kömək etməkdir"

Toivo Klaar

© APA | Toivo Klaar

# 17 sentyabr 2022 15:35 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanla ən yüksək səviyyədə işləməyə davam edir.

APA xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar "Twitter"də bildirib.

"Aİ hələ də ən yüksək səviyyədə işləməyə davam edir və bizim məqsədimiz Ermənistan və Azərbaycana sabit, təhlükəsiz və firavan Cənubi Qafqazı təmin edəcək hərtərəfli və dayanıqlı razılaşmaya nail olmaqda kömək etməkdir", Klaar bildirib.

Səfir tərəflərin danışıqlara qayıtlmalı olduğunu deyib.

“Bakıda, İrəvanda, həmçinin Vyanada keçirilən təcili görüşlərdən sonra Brüsselə döndüm. Çətin və bəzən emosional fikir mübadilələri oldu. Hələ bir çox problem var, lakin atəşkəsin davam edəcəyinə ümid edirik. Danışıqlara qayıtmaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR