Aİ səfirləri Lənkəran Dövlət Universitetində olublar - FOTO

Aİ səfirləri Lənkəran Dövlət Universitetində olublar - FOTO
# 09 iyun 2023 12:17 (UTC +04:00)

Lənkəranda səfərdə olan Aİ səfirləri Lənkəran Dövlət Universitetində də olublar.

APA xəbər verir ki, səfirlər Universitetin tələbələri ilə görüşüblər.

Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov səfirləri salamlayıb. O, Universitet barədə diplomatlara məlumat verib. Rektor əlavə edib ki, Lənkəran Dövlət Universitetinin 60-dan çox xarici universitetlərlə müqaviləsi var və birgə nəşrlər, mübadilə proqramları, elmi konfransların keçirilməsi sahəsində əməkdaşlıq edilir. Türkiyə universitetləri ilə tələbə müəllim mübadiləsi edilir.

Natiq İbrahimov əlavə edib ki, Lənkəran Dövlət Universiteti Aİ-nin maliyyyələşdirdiyi proqramlarda da iştirak edir, hazırda Universitet 3 Erasmus proqramında iştirak edir və sonuncu layihə may ayında başladılıb ki, bu yaşıl keçid/iqtisadiyyatla bağlıdır.

Daha sonra Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko çıxış edib.

"Həmkarlarımla, Aİ ölkələrinin diplomatları ilə burada olmaqdan məmnunam. Bu ölkələrlə Azərbaycan arasında təhsil sahəsində ortaq layihələr var ki, bu layihələr çərçivəsində Azərbaycanın müxtəlif universitetlərinin eləcə də Lənkəran Dövlət Universitetinin müəllimləri, tələbələri Avropa universitetlərində təhsil alır, mübadilə proqramlarında iştirak edirlər".

Aİ diplomatı deyib ki, "Erasmus","Horizon" kimi proqramları azərbaycanlı tələbələr, müəllimlər üçün yeni imkanlar təqdim edir.

“Sabah Lənkəranda keçiriləcək "Avropa şəhərciyi"ndə sizlər təhsil sahəsi ilə bağlı imkanlar barədə ətraflı məlumatlar ala biləcəksiniz. Aİ və Azərbaycan arasındakı möhkəm tərəfdaşlığın daha da dərinləşməsi üçün səfər etmişik. Bizim Azərbaycanla sazişimiz var bu ötən əsrdə imzalanıb, neçə on illikdir qüvvədədir, biz hazırda yeni sənədin üzərində işləyirik, çünki biz 21-ci əsrə daxil olmuşuq, buna görə də yeni saziş tələb olunur. Bizim Azərbaycanla əməkdaşlığımızın hüdudları genişlənib, bura yeni sektorlar əlavə olunub. Biz Azərbaycandakı islahatları dəstəkləyirik, Avropanın təcrübəsini bura gətirmək niyyətindəyik, buna hazırıq. Biz hökumətlər, cəmiyyətlə, media ilə işləyirik. Bu il Aİ və Azərbaycan arasında əməkdaşlıq göstəricilərində, ticarətdə yeni rekordlara imza atılıb”, - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR