AŞPA-da Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar yazılı bəyanat yayılıb

AŞPA-da Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar yazılı bəyanat yayılıb
# 23 fevral 2022 17:38 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar yazılı bəyanat yayılıb. Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun hazırladığı bəyanata Azərbaycan, Türkiyə, Bosniya və Herseqovina, Fransa, İtaliya, Bolqarıstan və Ukraynadan olan 25 deputat imza atıb.

Bu barədə APA-ya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Səməd Seyidov qeyd edib ki, Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində bu bəyanat AŞPA-ya üzv olan 47 ölkənin nümayəndələrinə paylanıb: “Xocalıya ədalət!” şüarı yenə də aktualdır. Hələ də soyqırımı törədənlər, cinayətkarlar azadlıqda gəzir. Onlar Azərbaycana qarşı bu gün də işlər görür. Bu məsələ tam öz həllini tapsa da, ədalət zəfər çalsa da biz bu faciəni heç vaxt yaddan çıxarmamalıyıq. Çünki bu hadisəni, soyqırımı, faciəni yaddan çıxarsaq, eyni təhlükələrlə yenidən qarşılaşa bilərik. Ona görə də biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. AŞPA-da nümayəndə heyətinin rəhbəri olaraq belə bir sənəd hazırlamışıq. Bu gün bu sənəd Avropa Şurasına üzv olan 47 ölkədə Azərbaycan, Türkiyə, Bosniya və Herseqovina, Fransa, İtaliya, Bolqarıstan, Ukrayna və başqa ölkələrdən olan deputatların imzası ilə yayılıb. Bu çox vacib sənəddir. Məhz Xocalı faciəsinin ildönümünə iki gün qalmış bu mesajı bir daha bütün Avropaya göndərdik. Bu soyqırımı törətmiş insanlar məsuliyyətə cəlb edilərsə, regionda münasibətlər, o cümlədən Ermənistan-Azərbaycan münasibətləri gələcəkdə normal şəkildə inkişaf edə bilər”.

Deputat bəyanatın mətnini də təqdim edib. Bəyanatda bildirilir ki, bu il fevralın 26-da Ermənistan ilə Azərbaycan arasında keçmiş münaqişənin ən qaranlıq səhifəsini əks etdirən Xocalı soyqırımının 30-cu ildönümü tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək yerli sakinlərə qarşı soyqırımı aktı həyata keçirib. Xocalı faciəsi zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 günahsız insan vəhşicəsinə qətlə yetirilib, 1275 dinc sakin girov götürülüb (onlardan 150-nin taleyi hələ də məlum deyil), 487 nəfər yaralanıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR