ATƏT sədri Qarabağ müharibəsindən sonra dayanıqlı sülhə nail olmaqla bağlı çağırış edib

Zbiqnev Rau

© APA | Zbiqnev Rau

# 13 yanvar 2022 14:00 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Qarabağ müharibəsindən sonra dayanıqlı sülhə nail olmaqla bağlı çağırış edib.

APA-nın xəbərinə görə, o, bu barədə ATƏT Daimi Şurasının iclasında çıxışı zamanı bildirib.

“Qarabağ və onun ətrafında döyüşlərin dayandırılmasının ardınca regionda dayanıqlı sülhə nail olmaq, rifahı və inkişafı təşviq etmək üçün biz də səylərimizi yeniləməli və gücləndirməliyik”, - Z. Rau vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR