Ayxan Hacızadə Azərbaycan-Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşünün təxirə salınmasına münasibət bildirib

Ayxan Hacızadə Azərbaycan-Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşünün təxirə salınmasına münasibət bildirib
# 08 iyun 2023 16:22 (UTC +04:00)

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır və ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib.

“Bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur”, - XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, bu gün Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR