Bank Of Baku

Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb

Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
# 16 sentyabr 2026 20:33 (UTC +04:00)

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

APA-nın Moskva bürosunun məlumatına görə, görüşdə ikitərəfli gündəliyin bir sıra cari məsələləri müzakirə olunub.

Tərəflər, o cümlədən 2026-cı il iyulun 17-də Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında keçirilmiş danışıqlar zamanı əldə olunan razılaşmaların həyata keçirilməsini, tamhüquqlu mədəni dialoqun bərpasını və humanitar məsələlərin həllini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşıdakı təmasların qrafiki nəzərdən keçirilib.

Tərəflər 2022-ci il fevralın 22-də Moskvada ən yüksək səviyyədə imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin potensialının tam şəkildə reallaşdırılmasının vacibliyini vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR