Azərbaycan Ermənistanla sərhəd komissiyasının tərkibini müəyyənləşdirib

Əli Əsədov

© APA | Əli Əsədov

# 20 may 2022 15:33 (UTC +04:00)

Azərbaycan maksimum konstruktivlik və xoş məram nümayiş etdirərək Ermənistan ilə münasibətləri normallaşdırmağa, sülh sazişi imzalamağa və sərhədlərin delimitasiyasına hazırdır.

APA xəbər verir ki, bu barədə bu gün Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclasında bildirib.

Şura üzvlərinin diqqətinə çatdırılıb ki, Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə öz nümayəndə heyətinin, habelə Ermənistan ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın tərkibini artıq müəyyən edib.
Bununla bərabər, Əli Əsədov qeyd edib ki, Azərbaycan Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Üçtərəfli Bəyanatı çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yetirilməsini gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR