Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər təyin ediləcək

Hikmət Babaoğlu, Milli Məclisin deputatı

© APA | Hikmət Babaoğlu, Milli Məclisin deputatı

# 14 iyun 2022 17:26 (UTC +04:00)

Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər təyin ediləcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, Hikmət Babaoğlunun Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər təyin edilməsi təklif olunur.

Qərar layihəsi Milli Məclisin iyunun 17-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR