Azərbaycan səfiri “The Economist”də Ermənistanla bağlı məqaləyə cavab verib

Elin Süleymanov

© APA | Elin Süleymanov

# 30 sentyabr 2022 16:00 (UTC +04:00)

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov Britaniyanın məşhur nəşrlərindən biri olan “The Economist”də Ermənistan ilə bağlı çap olunmuş məqaləni şərh edib, səfirin redaksiya heyətinə ünvanladığı məktub çap edilib.

APA-nın yerli bürosu xəbər verir ki, səfir Süleymanov, iki ölkə arasında hərtərəfli sülh sazişinin əhəmiyyətinin məqalədə vurğulanmasını alqışlayıb.

Elin Süleymanov bu tarixi fürsətdən yararlanmağın vacibliyini redaksiya heyətinin və izləyicilərin diqqətinə çatdırıb.

Həmçinin qeyd edilib ki, dəyişkən dünyada regionun ən yaxın tarixinin ən kədərli səhifələrindən birini bağlamaq, beynəlxalq hüququn ərazi bütövlüyü, suverenlik kimi fundamental prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında yeni səhifə açmaq hamının marağında olmalıdır.

Azərbaycanın öz mövqeyini tam açıq şəkildə ifadə etdiyini vurğulayan diplomat, bütün qonşularımızla, o cümlədən Ermənistanla əməkdaşlıqda region üçün sabit gələcək qurmağa hazır olduğumuzu bildirib.

“Çox təəssüf ki, Ermənistan yekun sülh razılaşmasının əldə olunmasına yönəlmiş normallaşma prosesini irəli sürməkdə konstruktiv mövqe nümayiş etdirmir. Davamlı sülh yekun sülh razılaşması ilə əldə edilə bilər, əks halda təhlükəsizlik vəziyyəti qeyri-stabil qalmaqda davam edəcəkdir”, - səfir məqaləsində bildirib.

Əlavə olaraq səfir, dəqiq mina xəritələrinin, itkin düşmüş şəxslər haqqında məlumatların, nəqliyyat marşrutlarının açılması kimi münaqişədən sonrakı problemlərin müsbət həllinin davamlı sülhə aparan inamın artmasına kömək edəcəyinə əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR